Oğuzda ilk dəfə yerli etnik qrupların mədəniyyət festivalı keçirilib
- 30 oktyabr, 2026
- 16:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuz rayonunda ilk dəfə "Oğuz – etnik qrupların mədəniyyət beşiyi" adlı festival təşkil olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən festivalın əsas məqsədi ölkədə yaşayan müxtəlif etnik qrupların zəngin mədəni irsini, milli adət-ənənələrini və sənətkarlıq nümunələrini tanıtmaq, xalqlar arasında dostluq və həmrəyliyi daha da möhkəmləndirməkdir.
Festival çərçivəsində ləzgi, udin, yəhudi, Axıska türkləri və digər xalqların mədəniyyətini əks etdirən əl işləri, milli geyimlər, mətbəx nümunələri və sənətkarlıq məhsulları nümayiş olunub. Eyni zamanda, Oğuz və Şəkidən olan sənətkarların əl işləri tanıdılıb.
Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri və rəqslərdən ibarət rəngarəng mədəni proqram təqdim olunub.