“Ermənistan hökuməti hazırda qonşulara nifrət siyasətinin illərlə davam edən ultra-millətçi təbliğatının bəhrəsini toplayır. 30 il ərzində hər gün vətəndaşları şərqdə düşmənin yaşadığına inandırarsanız, nəticədə bəziləri buna inanacaqlar. Buna görə də Ermənistanda faşist zombiləşməsinin qurbanına çevrilən insanlar indi Ermənistan-Azərbaycan sərhədi ilə bağlı bütün sənədlərə uyğun olaraq, Azərbaycan sərhədçilərinin bundan sonra onların evlərinin yaxınlığında olacağından dəhşətə gəlirlər”,
Bunu “Report”a müsahibəsində “Vestnik Kavkaza” İnformasiya-Analitika Agentliyinin baş direktorunun müavini, agentliyin baş analitiki Andrey Petrov deyib.
O, Azərbaycanın Ermənistan torpağı ilə bağlı heç bir planının olmadığına əmindir: “Azərbaycan sadəcə sərhədi müəyyənləşdirir və heç bir şəkildə onu pozmaq niyyətində deyil. Ancaq sərhəddəki erməni kəndlərinin və şəhərlərinin sakinlərinin hamısı bunu başa düşmür, başa düşməyənlər də qorxurlar və hakimiyyətə qarşı aqressiya göstərirlər. Bu da Sünik əyalətində Paşinyana qarşı etirazlar ilə nəticələnib”.
“Təəssüf ki, Ermənistanda ağıl durumu ilə bağlı problemi tez bir zamanda həll etmək mümkün deyil. Ətrafdakı dünya ilə bağlı sağlam düşüncənin tətbiqi üçün uzunmüddətli işə ehtiyacı var və Ermənistanda çətin həll olunan problem var: orada bu işi görə biləcək adam yoxdur. İqtidar artıq ona inamın olmadığını başa düşərək sadəcə hakimiyyətdə qalmağa, müxalifət isə bir qayda olaraq millətçi şüarlar səsləndirərək yalnız Nikol Paşinyanı devirməyə çalışır. Bu günlərdə bir çox adi vətəndaş Azərbaycanla sülhün alternativinin olmadığı barədə sağlam düşüncələr səsləndirirlər, amma onlar hələ heç bir siyasi qüvvəni təmsil etmirlər”, - A.Petrov söyləyib.
Analitikin fikrincə, Ermənistanda hakimiyyətə əsas qayəsi Cənubi Qafqazda sülhün sabitləşməsi və əlbəttə ki, Azərbaycanla əməkdaşlıq yolu ilə sabitlik olacaq insanlar gəlməyənə qədər bu cür qeyri-müəyyənlik dövrü hələ bir müddət də davam edəcək.