Azərbaycan və Böyük Britaniya transfer qiymətləri üzrə təcrübə mübadiləsi aparır

Biznes
  • 16 noyabr, 2026
  • 17:54
Azərbaycan və Böyük Britaniya transfer qiymətləri üzrə təcrübə mübadiləsi aparır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Böyük Britaniyanın Gəlirlər və Gömrük Xidməti (HMRC) ilə transfer qiymətləri üzrə təcrübə mübadiləsi aparır.

"Report" bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəis müavini Samirə Musayeva HMRC ekspertləri Entoni Klark, Stefen Denyer və Saymon Kimber ilə görüş keçirib. Görüşdə transfer qiymətləri sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və müvafiq qaydaların vergi nəzarəti prosesində səmərəli tətbiqi məsələləri müzakirə olunub.

Tərəflər arasında 2023-cü ildə imzalanmış Anlaşma Memorandumunun qüvvədəolma müddəti 2026-cı il avqustun 3-də daha iki il uzadılıb. Əməkdaşlıq transfer qiymətləri sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, vergi əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, eləcə də qurumun institusional potensialının gücləndirilməsinə xidmət edir.