Paşinyanın vətəndaşlarla "izdihamlı" görüşündə fırıldağı aşkarlandı

Paşinyanın vətəndaşlarla "izdihamlı" görüşündə fırıldağı aşkarlandı Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Abovyan şəhərinin sakinləri ilə görüşə öz adamlarını göndərib.
Region
486
6 İyun , 2021 05:52
Paşinyanın vətəndaşlarla izdihamlı görüşündə fırıldağı aşkarlandı
Nikol Paşinyan

Ermənistanın baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan Abovyan şəhərinin sakinləri ilə görüşə öz adamlarını göndərib.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, həmin şəxslər heç də Abovyan sakinləri olmayıb.

Görüşdə çox az sayda yerli sakin iştirak edib. Özü də onlar mülki geyimli polis əməkdaşları olublar.

Bütün bunlara baxmayaraq, Paşinyanın görüşü insidentsiz keçməyib. Vətəndaşlardan biri Nazirlər Kabinetinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısını satqın adlandırıb.

Son xəbərlər

Orphus sistemi