“Hələ də bəzi NATO müttəfiqlərimiz Türkiyəyə qarşı silah embarqosu tətbiq edir. NATO üzvü olan Türkiyənin legitim ehtiyaclarının ödənilməməsi Türkiyəyə deyil, Alyansın ümumi təhlükəsizliyinə ziyan vurur”.
“Report” xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.
“Böhran baş verəndə hər kəsin ilk verdiyi sual Türkiyənin mövqeyi ilə bağlıdır. Bu, Rusiya-Ukrayna gərginliyində də belə olub. Çünki Türkiyənin mövqeyinin həlledici olduğunu, Türkiyənin NATO-da aparıcı yer tutduğunu bilirlər. Bundan əvvəl “NATO-nun beyin ölümü” yaşadığını deyən Fransa Prezidenti Emmanuel Makron indi “NATO-nun şərq cinahının güclənməsi üçün əlimizdən gələni etməliyik” deyir”, - sözçü bildirib.