Numan Kurtulmuş: "Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq"

Numan Kurtulmuş: "Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq" "Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq".
Region
7 İyun , 2023 20:21
Numan Kurtulmuş: Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq

"Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq".

“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Kurtulmuş deyib.

O, parlamentin sədri seçiləndən sonra kürsüyə çıxaraq təşəkkür nitqi söyləyib.

"Birinci Məclisin yaranmasından və respublikanın elan edilməsindən 100 il keçir. Türkiyə böyük qazanclar əldə edib. Biz xalq olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq. Son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu xalq bizə fürsət verib. Bu fürsəti onun dəstəyi ilə sona qədər çalışaraq dəyərləndirəcəyik. Daha güclü və daha böyük Türkiyə üçün çox çalışacağıq", - sədr deyib.

TBMM sədri vurğulayıb ki, 16 müxtəlif siyasi partiyanın iştirak etdiyi parlament demokratiya üçün böyük uğurdur:

"Fikirlərimizi müzakirə edəcəyik, amma əl-qolumuzu sıxmadan, bir-birimizi incitmədən danışacağıq. Türk Əsrini birlikdə quracağıq. Deputatlarımızın hər birinə “xoş gəlmisiniz” deyirəm. Parlamentin sədri kimi bütün siyasi partiyalarla dialoq şəraitində vəzifəmi davam etdirəcəyəm”.

Son xəbərlər

Orphus sistemi