Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil edən mer saxlanılıb

Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil edən mer saxlanılıb Ermənistan polisi Mehri şəhərinin meri Mxitar Zakaryanı saxlayıb.
Region
22 Aprel , 2021 10:24
Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil edən mer saxlanılıb
Mxitar Zakaryan

Ermənistan polisi Mehri şəhərinin meri Mxitar Zakaryanı saxlayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu vəkil Qayane Papoyan feysbuk səhifəsində yazıb.

Lakin vəkil merin hansı şəhərdəki polis idarəsinə aparıldığından xəbərsiz olduğunu qeyd edib: “Əvvəlcə Mehridəki polis idarəsinə, sonra Qafana apardıqlarını dedilər. İndi isə onun bir neçə polis avtobusunun müşaiyəti ilə Yerevana aparıldığına dair informasiya yayılıb”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan aprelin 21-də Zəngəzur vilayətinin (ermənilər Sünik vilayəti adlandırır) Mehri və Aqarak şəhərlərinə səfər edib. O, yerli tərəfdarları ilə birlikdə həmrəylik yürüşü keçirməyi planlaşdırıbmış. Ancaq tədbirin keçiriləcəyi yerə toplanananlar baş nazirin avtomobilinə və mühafizəçilərə hücum edib, “Nikol rədd ol!”, “Nikol satqın!” şüarları səsləndiriblər. Buna görə N.Paşinyan həmin ərazidə çox dayanmadan oranı tərk edib.

Son xəbərlər

Orphus sistemi