Mövlud Çavuşoğlu Qaqauz Yerinin başçısı ilə görüşüb

Mövlud Çavuşoğlu Qaqauz Yerinin başçısı ilə görüşüb Bu barədə Türkiyə XİN başçısının tvitter səhifəsində qeyd olunub
Region
22 Fevral , 2021 16:19
Mövlud Çavuşoğlu Qaqauz Yerinin başçısı ilə görüşüb
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Moldovanın Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlax arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN başçısının tvitter səhifəsində qeyd olunub.

“Görüşdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Qaqauz soydaşlarımız Moldova ilə körpümüzdür. Onlara hər sahədə dəstək verməyə davam edəcəyik”, - nazir bildirib.

Qeyd edək ki, Qaqauz Yeri Moldovada muxtar bölgədir. 1990-cı ildə Qaqauz Yeri Moldovadan ayrılaraq müstəqilliyini elan etsə də, tanınmayan respublikanın ömrü çox çəkməyib. 1994-cü ilin sonunda Qaqauziya Respublikası və Moldova arasında respublikanın Moldovaya muxtariyyət haqları əsasında inteqrasiyası haqqında razılaşma əldə olunub. Həmin anlaşmadan sonra bölgə Qaqauz Yeri Muxtar Ərazisi Qurumuna çevrilib. Əsəsən pravoslav xristianlardan ibarət olan qaqauzlar mənşəcə Oğuz türklərinə aiddirlər.

Son xəbərlər

Orphus sistemi