Mixeil Saakaşvilinin hazırkı vəziyyəti açıqlanıb

Mixeil Saakaşvilinin hazırkı vəziyyəti açıqlanıb “Son məlumatlara əsasən, Mixeil Saakaşvilinin vəziyyəti sabit və qənaətbəxşdir”.
Region
22 Noyabr , 2021 21:39
Mixeil Saakaşvilinin hazırkı vəziyyəti açıqlanıb
Mixeil Saakaşvili
0 : 00
0 : 00

“Son məlumatlara əsasən, Mixeil Saakaşvilinin vəziyyəti sabit və qənaətbəxşdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze “İmedi” telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, keçmiş prezidentin müalicəsi davam etdirilir: “Onun aclıqdan sonra qidalanması bərpa edilir və simptomatik müalicəsi aparılır”.

R.Breqadze qeyd edib ki, Ədliyyə Nazirliyi M.Saakaşvilini müalicə edən tibbi heyətlə daimi əlaqə saxlayır.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Son xəbərlər

Orphus sistemi