Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Region
- 16 may, 2025
- 17:46
Ukrayna tərəfi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa görüş təklifi ilə çıxış edib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Biz bu müraciəti nəzərə aldıq", - o qeyd edib.
V.Medinski Rusiyanın əlaqələri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi ilə İstanbulda birbaşa danışıqlar başa çatıb və tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, hər bir tərəf atəşkəsin gələcəyi ilə bağlı öz baxışını detallı təqdim edəcək.
"Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnundur", - V.Medinski bildirib.
Son xəbərlər
06:34
Video
Maduro Nyu-Yorka gətirilib
Digər ölkələr06:11
Yəmən separatçıları Səudiyyə Ərəbistanında keçiriləcək sülh konfransında iştirak edəcəklər
Digər ölkələr05:43
Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib
Digər ölkələr05:16
ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb
Digər ölkələr04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər atıb
Digər ölkələr04:25
BMT Trampın Venesuelanı idarə etmək planlarından dərin narahatdır
Digər ölkələr03:47
Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Digər ölkələr03:17
İsveçrədə yanğında ölən 40 nəfərdən səkkizinin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr02:45