Marneulidə su kanalında uşaq meyiti tapılıb

Region
  • 17 iyun, 2025
  • 17:34
Marneulidə su kanalında uşaq meyiti tapılıb

Gürcüstanın Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisində faciəvi hadisə qeydə alınıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, su kanalından körpə uşaq meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi xüsusi təhlükəsizlik lentləri ilə mühasirəyə alınıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi - “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” üzrə istintaq başladılıb.

Hadisənin detalları araşdırılır.

44 filmi