Mahaçqalada yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB-2

Mahaçqalada yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB-2 Rusiyanın Dağıstan Respublikasının Mahaçqalada "Globus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Region
15 Avqust , 2023 01:35
Mahaçqalada yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB-2

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölənlərdən ikisinin azyaşlı olduğu deyilir. Yaralı sayı 50-yə yaxındır.

00:15

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Baza" teleqram kanalı məlumat yayıb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölü sayı 5, yaralılar isə 20 nəfərdir.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

2023-08-14 23:26

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Globus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.

Xilasetmə xidmətləri hadisə yerindədir.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.

Son xəbərlər

Orphus sistemi