Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir

Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirib.
Region
14 Avqust , 2024 00:26
Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir

Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirib.

“Report” “Azadlıq Radiosu”nun Ukrayna xidmətinə istinadən xəbər verir ki, bu barədə Baltikyanı ölkənin naziri avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

“Mən Litva xalqına deyirəm: görün ukraynalılar sizin üçün necə vuruşur, çünki onların mübarizəsinə görə Rusiya Kalininqraddan qoşunlarını çıxarmalıdır. Hətta biz bunu Kalininqradın “demilitarizasiyası” adlandırırıq ki, bu da sizin hərbçilərin şücaəti, qərarlarınız sayəsində baş verir”, – “Azadlıq Radiosu” Kaşşünasdan sitat gətirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi