Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik

Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi maraqlarında tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün Ermənistanla birgə işi davam etdirməyə hazırdır.
Region
3 aprel 2025 13:39
Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik
Sergey Lavrov

Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistanla birgə işi davam etdirməyə hazırdır.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ünvanladığı məktubda bildirilib.

"Rusiya-Ermənistan müttəfiqliyini sarsıtmaq cəhdlərinə baxmayaraq, siyasi dialoq və xarici siyasət koordinasiyasının yüksək səviyyəsini qoruyub saxlamağa, həm ikitərəfli xətt üzrə, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail oluruq", - S.Lavrov bildirib.

Ermənistan XİN başçısı Ararat Mirzoyanın cavab məktubunda isə qeyd olunub ki, beynəlxalq münasibətlərin dəyişən arxitekturasının müasir şəraitində tərəfdaşlığın qarşılıqlı fəaliyyətini davam etdirmək vacibdir.

Son xəbərlər

Orphus sistemi