KİV: "Rusiyanın Ukrayna ərazisindəki hərbi bazası məhv edilib"

Region
  • 15 sentyabr, 2022
  • 13:11
KİV: Rusiyanın Ukrayna ərazisindəki hərbi bazası məhv edilib

Ukraynanın Rusiyanın işğalı altında olan Novaya Kaxovka şəhərində Rusiyaya məxsus hərbi baza məhv edilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatı hələlik təsdiqləməyib.