KİV: Keçmiş müdafiə naziri İrəvanın Moskvadakı səfiri olacaq
Region
- 09 noyabr, 2021
- 05:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyuyan İrəvanın Moskvadakı səfiri təyin ediləcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın “168 saat” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi onun səfir olmasına razılıq verib.
Ermənistan Prezidenti Armen Sarkisyan isə bununla bağlı hələ ki, müvafiq sərəncam imzalamayıb.
Qeyd edək ki, 64 yaşlı V.Arutyunyan 2020-ci il noyabrın 20-də 44 günlük müharibədən sonra Ermənistanın müdafiə naziri təyin olunub. 2021-ci il iyulun 20-də tutduğu vəzifədən azad edilib.
Ermənistanın Rusiyadakı indiki səfiri Vardan Toqanyan 2017-ci il martın 10-da bu vəzifəyə təyin olunub.
Son xəbərlər
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr