KİV: Fevralın 24-də Rusiyaya tətbiq olunacaq sanksiyaların təfərrüatları məlum olub

KİV: Fevralın 24-də Rusiyaya tətbiq olunacaq sanksiyaların təfərrüatları məlum olub Avropa İttifaqı (Aİ) Rusiyaya əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Yeni qara siyahının fevralın 24-də, müharibənin ikinci ildönümündə elan edilməsi planlaşdırılır. Sanksiyaların müəyyən təfərrüatları məlum olub.
Region
7 Fevral , 2024 04:23
KİV: Fevralın 24-də Rusiyaya tətbiq olunacaq sanksiyaların təfərrüatları məlum olub

Avropa İttifaqı (Aİ) Rusiyaya əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Yeni qara siyahının fevralın 24-də, müharibənin ikinci ildönümündə elan edilməsi planlaşdırılır. Sanksiyaların müəyyən təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, bu barədə “EUobserver” yazıb.

Jurnalistlərə danışmış bir neçə Aİ diplomatının sözlərinə görə, sanksiyalar siyahısına, xüsusən də Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən “onlarla” Rusiya və Belarus hərbi qulluqçusu daxil olacaq. Həmçinin ukraynalı uşaqların qanunsuz deportasiyası və oğurlanmasında iştirak edən Rusiya vətəndaşlarına qarşı “minisanksiyalar” tətbiq olunacaq.

Qeyd olunub ki, qara siyahıda Avropa İttifaqından kənarda, beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyaya qadağan olunmuş silah komponentlərini əldə etməyə kömək edən bir neçə şirkətin də adı çəkilir.

Aİ-nin Brüsseldəki səfirlikləri bu cümə axşamı siyahı üzrə danışıqlara başlayacaq. Nəşr bildirib ki, dekabrda Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin tətbiqindən sonra “Aİ-nin Rusiya metallarına, mayeləşdirilmiş qaza və ya nüvə şirkətlərinə yeni embarqosu kimi hər hansı mühüm bənd daxil deyil, çünki bunun tez bir zamanda razılaşdırılması lazımdır”.

Son xəbərlər

Orphus sistemi