Dağıstanın dövlət katibi saxlanılıb - YENİLƏNİB-2
- 25 iyun, 2025
- 14:19
Qanunsuz özəlləşdirmə ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində güc strukturları Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovu, həmçinin onun bir çox qohumlarını və iş yoldaşlarını saxlayıblar.
"Report" xəbər verir ki, bu barədə Rusiya nəşri "Kommersant" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
"Cinayət işi qanunsuz özəlləşdirmə ilə bağlı açılıb. Müəssisə (dövlət mülkiyyətinə - red.) qaytarılacaq", - mənbə qeyd edib.
12:04
Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
“Report” bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
KİV-in məlumatına görə, dövlət katibi oğurluqla bağlı cinayət işi üzrə saxlanılıb.
11:11
Dağıstan başçısının və hökumətinin administrasiya binasında axtarışlar aparılır.
"Report"un məlumatına görə, bu barədə TASS mənbələrə istinadən yazır.
Agentliyin məlumatına görə, axtarışlar Dağıstan dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində aparılır.
Regionun güc strukturlarındakı digər mənbə qeyd edib ki, axtarışlar Maqomedova qarşı açılmış cinayət işi çərçivəsində bir neçə ünvanda aparılır.
Gülnar Mahmudova