KİV: "Britaniya ABŞ, Almaniya və Fransanın Ukrayna məsələsində yumşaq mövqeyindən narahatdır"

Region
  • 01 aprel, 2022
  • 08:39
KİV: Britaniya ABŞ, Almaniya və Fransanın Ukrayna məsələsində yumşaq mövqeyindən narahatdır

Böyük Britaniya Ukrayna-Rusiya danışıqlarında ABŞ, Fransa və Almaniyadan daha sərt mövqe tutur və Kiyevə hələ Moskva ilə müqavilə bağlamamağı tövsiyə edir.

“Report” xəbər verir ki, bunu Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb.

Bildirilib ki, London Vaşinqton, Paris və Berlinin Ukraynanı Kremlə əhəmiyyətli güzəştlərə getməyə sövq etmək istəyindən narahatdır. Böyük Britaniya müttəfiqlərinin qısa müddətdə Ukrayna-Rusiya sazişlərinin bağlanmasına nail olmaq istəyi məsələsində həmrəy deyil. Rəsmi London hesab edir ki, saziş yalnız Ukraynanın “mümkün olan ən güclü mövqedə olacağı” zaman imzalanmalıdır.

Qeyd olunub ki, Böyük Britaniyanın Baş naziri Boris Conson “Rusiya qoşunları Ukraynanı, o cümlədən Krımı tərk edənə qədər” Rusiya qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarıdır. Bundan başqa, həftəsonu telefon danışığında Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə xəbərdarlıq edib ki, Rusiya Prezidenti Vladimir Putin “sizi yormaq və güzəştə getmək” üçün danışıqlardan istifadə edən “yalançı və xuliqandır”.

Son xəbərlər

Bütün Xəbər Lenti