Qırğızıstanın keçmiş prezidenti həbsdə qalmasını istəyib

Qırğızıstanın keçmiş prezidenti həbsdə qalmasını istəyib Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev məhkəmə hakimindən həbsdə qalmasını xahiş edib.
Region
11 Noyabr , 2020 17:40
Qırğızıstanın keçmiş prezidenti həbsdə qalmasını istəyib
Almazbek Atambayev

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev məhkəmə hakimindən həbsdə qalmasını xahiş edib.

“Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bunu keçmiş dövlət başçısının müşaviri və ittiham olnanlardan biri Gündüz Joldubayev bildirib.

G.Joldubayev keçmiş prezidentin ən yaxın adamlarından sayılır. O, istintaq prosesinin materiallarına əsasən, 2019-cu ildə Koy-Taşda iğtişaşların törədilməsində iştirakda şübhəli bilinir. Hakim onun ev dustaqlığı barəsində qərar çıxarıb. Keçmiş müşavir qadın isə ona qarşı irəli sürülən ittihamları rədd edir.

“Mənə 11 il iş kəsilib. Ancaq bir sübut belə yoxdur. Bununla belə, xahiş edirəm ki, məni həbsdə saxlayın. Hər şeyi zaman sübut edəcək. Həqiqətin qalib gələcəyinə inanıram. Kanat Saqınbayev, Fərid Niyazov mənə qarşı ifadə vermədiklər üçün mənimlə bir sırada otururlar. Mən hər şeyi üzərimə götürürəm”,- keçmiş prezident vurğulayıb.

Qeyd edək ki, A.Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.

Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Sabiq prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.

Son xəbərlər

Orphus sistemi