Kazanda məktəbdə atışma zamanı 9 nəfər ölüb – YENİLƏNİB-2

Kazanda məktəbdə atışma zamanı 9 nəfər ölüb – YENİLƏNİB-2 Ölənlərdən çoxunun şagird olduğu bildirilir
Region
1213
11 May , 2021 12:13
Kazanda məktəbdə atışma zamanı 9 nəfər ölüb – YENİLƏNİB-2

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada 9 nəfər ölüb.

“Report” bu barədə “TASS”a istinadən xəbər verir. Ölənlərdən çoxu şagirdlərdir.

21 nəfər xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisəni 19 yaşlı yeniyetmə törədib. Onun saxlanıldığı bildirilir.

11:45

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada 1 müəllim və 8 şagird ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

Hazırda uşaqlar evakuasiya olunur.

11:25

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada bir müəllim və 6 şagird ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. İlkin məlumata görə, atəş açanlardan biri saxlanılıb. Hazırda uşaqlar evakuasiya olunur.

“RİA Novosti” bildirib ki, hadisənin şəhərin 175 nömrəli məktəbində baş verdiyi güman edilir.

Son xəbərlər

Orphus sistemi