İvanişvili: Parlament seçkilərində ölkəni müharibəyə sürükləməyə çalışan qüvvələrə qalib gələcəyik

İvanişvili: Parlament seçkilərində ölkəni müharibəyə sürükləməyə çalışan qüvvələrə qalib gələcəyik Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri müharibə ilə sülh, köləliklə ləyaqət arasında referendumdur.
Region
16 İyul , 2024 23:28
İvanişvili: Parlament seçkilərində ölkəni müharibəyə sürükləməyə çalışan qüvvələrə qalib gələcəyik

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri müharibə ilə sülh, köləliklə ləyaqət arasında referendumdur.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili seçki kampaniyasının açılışında çıxış edib.

O, qeyd edib ki, 26 oktyabrda keçiriləcək parlament seçkilərində Gürcüstan son 4 ildə ölkəni müharibəyə sürükləməyə çalışan qüvvələrə qalib gələcək:

"Ən çətin çağırışlara və ciddi təzyiqlərə baxmayaraq, son 4 ildə ölkədə əmin-amanlığı qoruyub saxladıq, ölkənin iqtisadiyyatını dirçəltdik və Avropa İttifaqına namizəd ölkə statusunu aldıq".

B.İvanişvilinin sözlərinə görə, Ukraynadakı münaqişə bitdikdən sonra qlobal və regional siyasi maraqlar kəskin şəkildə dəyişəcək, Gürcüstan dünya oyunçuları üçün maraq obyektinə çevriləcək.

Son xəbərlər

Orphus sistemi