İran parlamenti paytaxtın köçürülməsini müzakirə edə bilər

İran parlamenti paytaxtın köçürülməsini müzakirə edə bilər İran paytaxtının Tehrandan köçürülməsi prosesi kifayət qədər əmək və vəsait tələb etsə də, həyata keçirilməsi son dərəcə mümkündür.
Region
13 Sentyabr , 2024 13:53
İran parlamenti paytaxtın köçürülməsini müzakirə edə bilər

İran paytaxtının Tehrandan köçürülməsi prosesi kifayət qədər əmək və vəsait tələb etsə də, həyata keçirilməsi son dərəcə mümkündür.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ILNA agentliyinə müsahibəsində İran Məclisinin Daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi deyib.

“Paytaxtın köçürülməsi kifayət qədər əmək və külli-miqdarda vəsait tələb edən mürəkkəb prosesdir, lakin paytaxtın köçürüləcəyi ərazidə müvafiq hazırlıq aparılarsa, bu, mümkündür”, - o bildirib.

Komitə üzvünün sözlərinə görə, bəzi nazirliklərin ixtisaslaşmış şirkətlərin və istehsalın cəmləşdiyi əraziyə köçürülməsi məntiqli olardı, polad sənayesi obyektləri isə böyük miqdarda suya tələbatın olması səbəbindən dənizə yaxın yerləşə bilər.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian paytaxtın Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bildirib. Onun sözlərinə görə, Tehran hazırda başqa yolla həll edilməsi mümkün olmayan problemlərlə üz-üzədir.

Son xəbərlər

Orphus sistemi