İran müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb
Region
- 15 mart, 2026
- 12:36
ABŞ və İsraillə müharibənin dayandırılması Tehrana təhlükəsizlik zəmanətləri və təzminatın ödənilməsindən asılıdır.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail ilə münaqişəyə son qoymaq üçün hələlik konkret təşəbbüslər yoxdur.
"Hazırda müharibəyə son qoymaq üçün heç bir konkret təşəbbüs irəli sürülməyib. Lakin biz münaqişəyə ədalətli son qoyacaq istənilən regional təşəbbüsü alqışlayacağıq", - deyə o bildirib.
İranın XİN rəhbəri bildirib ki, ölkəsi heç bir mülki və yaşayış məntəqəsini hədəf almayıb. "Əgər bizim enerji infrastrukturlarımız hədəfə alınarsa, regiondakı ABŞ şirkətlərinin obyektlərinə hücum edəcəyik".
Son xəbərlər
00:36
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Region00:27
Tramp İranla atəşkəsin uzadıldığını elan edib
Digər ölkələr00:25
"Tasnim": İran ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etməyəcək
Digər ölkələr00:15
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər
Digər ölkələr23:58
Muxtar Babayev: COP31-ə doğru razılaşmalardan icraya keçməliyik
Ekologiya23:41
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
Region23:28
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
İnfrastruktur23:15
Gürcüstan Prezidenti Qazaxıstanda işgüzar səfərdədir - YENİLƏNİB
Region23:02