İran hökumətinin sözçüsü: Qiymətlərin sabitləşdirilməsi səhv siyasət idi
Region
- 08 dekabr, 2025
- 17:53
İranda qiymətlərin sabitləşdirilməsi siyasəti səhv idi və bu, büdcə kəsrini, inflyasiyanı dərinləşdirib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani Kirman şəhərində Şəhid Bahünər adına Beynəlxalq Universitetdə Tələbə günü münasibətilə keçirilən mərasimdəki çıxışında bildirib.
Onun sözlərinə görə, yanacaq kimi məhsulların qiymətlərini sabit saxlamaq səhv idi:
"Elə zənn edilirdi ki, bu, əhalinin güzəranına kömək edəcək. Ancaq əslində bu, büdcə kəsrini dərinləşdirdi və inflyasiyanı artırdı".
Fatimə Mühacirani su böhranını ölkənin ciddi problemlərindən biri adlandıraraq deyib:
"Su resurslarının düzgün idarə edilməməsi gələcəkdə təhlükəsizlik problemləri yarada bilər".
Son xəbərlər
03:11
Türkiyədə qar uçqunu nəticəsində bir nəfər ölüb
Region02:46
Britaniya Norveçdəki hərbi mövcudluğunu iki dəfə artıracaq
Digər ölkələr02:04
Miçiqanda 100-dən çox avtomobil toqquşub, xəsarət alanlar var
Digər ölkələr01:43
Yerdə güclü geomaqnit qasırğası başlayıb
Elm və təhsil01:17
Əraqçi Davosdakı çıxışının ləğv edilməsinə münasibət bildirib
Region01:09
Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş edib
İnfrastruktur00:51
KİV: İsrail "Rəfah" keçid məntəqəsini açmamaq barədə qərar qəbul edib
Digər ölkələr00:39
Əl Şaraa Trampla Suriyadakı vəziyyəti müzakirə edib
Digər ölkələr00:24