İƏT-in Baş katibi Moskvada Lavrovla görüşəcək

İƏT-in Baş katibi Moskvada Lavrovla görüşəcək Rusiyanın paytaxtı Moskva şəhərində işgüzar səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Region
24 Oktyabr , 2022 08:31
İƏT-in Baş katibi Moskvada Lavrovla görüşəcək

Rusiyanın paytaxtı Moskva şəhərində işgüzar səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İƏT-in Baş katibi oktyabrın 24-də Rusiyanın xarici işlər naziri Lavrovla danışıqlar aparacaq.

Tərəflər Rusiya ilə İƏT arasında ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini, o cümlədən siyasi dialoq, iqtisadiyyat, maliyyə, elm və təhsil sahəsində əməkdaşlıq, terrorizmlə mübarizə, insan hüquqlarının təmini, sivilizasiyalararası və dinlərarası dialoqun təşviqi kimi məsələləri nəzərdən keçirəcəklər.

Bundan əlavə, gərginləşən beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq və bunun dünyanın ən yoxsul iqtisadiyyatları üçün nəticələri vurğulanacaq.

“Yaxın Şərq və Afrikada yerləşən İƏT-ə üzv dövlətlərdə münaqişələrin həllində beynəlxalq yardım imkanları müzakirə olunacaq. Danışıqların gündəliyində Fələstin-İsrail münasibətləri İƏT üçün prioritet məsələdir ”- deyə, məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi