Tbilisidə atıcılıq mərkəzindəki partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB-4

Tbilisidə atıcılıq mərkəzindəki partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB-4 Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq poliqonunda partlayış baş verib.
Region
7 Aprel , 2024 20:52
Tbilisidə atıcılıq mərkəzindəki partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB-4

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd edilir ki, zərərçəkənlərdən daha biri xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı 4 nəfərə çatıb.

Daha üç zərərçəkən yanıq mərkəzinə aparılıb. Həkimlərin sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlardan biri reanimasiyada, ikisi cərrahiyyə palatasındadır.

17:29

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayışla bağlı araşdırmalar aparılır.

"Report"un yerli bürosu xəbər verir ki, istintaq “Elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektlərində təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə aparılır. Cəza 6 ildən 10 ilə qədər həbsdir.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri və yaralananlardan ikisi ölkənin Daxili İşlər Nazirliyinin, bir yaralı isə "Battleground" atıcılıq mərkəzinin əməkdaşlarıdır.

Üç nəfərin ölümü, daha üçünün yaralanması ilə nəticələnən partlayışın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

15:33

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, zərərçəkən 4 nəfərdən biri klinikada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində üç nəfər ölüb, daha üçü isə yaralanıb.

13:25

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

12:37

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.

Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.

Son xəbərlər

Orphus sistemi