​Gürcüstanın baş naziri: "Rusiya ilə münasibətdə sülh danışığına alternativ görmürəm"

Region
  • 02 sentyabr, 2015
  • 08:33
​Gürcüstanın baş naziri: Rusiya ilə münasibətdə sülh danışığına alternativ görmürəm

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Biz bütün qonşular, o cümlədən Azərbaycan, Türkiyə və Ermənistanla sıx əməkdaşlıq edirik".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin xaricdəki səfirləri ilə görüşündə bildirib.

Baş nazir deyib ki, Rusiya ilə münasibətdə sülh danışığı və praqmatik siyasətə alternativ görmür.