Gürcüstanda ötən sutkada koronavirusa 290 yeni yoluxma halı təsdiqlənib, 2 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 80 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 654 665 nəfər yoluxub. Onların 1 636 188-i sağalıb, 16 802-si isə ölüb.