Gürcüstanda 320-dən çox QHT "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyat üçün müraciət edib

Gürcüstanda 320-dən çox QHT "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyat üçün müraciət edib Artıq 320-dən çox Gürcüstan QHT-si "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyatdan keçmək üçün müraciət edib.
Region
1 Sentyabr , 2024 12:14
Gürcüstanda 320-dən çox QHT Xarici agentlər haqqında qanuna əsasən qeydiyyat üçün müraciət edib

Artıq 320-dən çox Gürcüstan QHT-si "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyatdan keçmək üçün müraciət edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Tamar Tkeşelaşvili bildirib.

“Cəmiyyətdə yanlış məlumatlar yayılır ki, QHT-lərin yalnız 1 faizi qanuna əməl edir. Mən deyə bilərəm ki, bu cür məlumatlar həqiqəti əks etdirmir. Əksinə, QHT-lərin 1 faizdən azı qanuna tabe olmur”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsində "Xarici agentlər haqqında" qanuna qarşı prezident, 121 QHT, 38 müxalif deputat və jurnalistlər tərəfindən 4 iddia qaldırılıb.

Qanuna əsasən, QHT-lər sentyabrın 2-dək Xarici Təsirlərin Şəffaflıq Reyestrində qeydiyyatdan keçməlidirlər. Bəyannamənin müəyyən edilmiş müddətdə doldurulmaması və ya imtina edilməsi cərimə ilə nəticələnəcək.

Son xəbərlər

Orphus sistemi