Gürcüstan və Türkmənistan tranzit sahəsində əməkdaşlığı aktivləşdirəcək
- 11 dekabr, 2025
- 17:58
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türmənistan Prezidenti Sərdar Berdiməhəmmədov logistikanın inkişafı və Transxəzər marşrutunun (TBNM və ya Orta Dəhliz) perspektivini müzakirə ediblər.
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, görüş Aşqabadda baş tutub.
Tərəflər iki ölkə arasındaki hazırkı siyasi və iqtisadi münasibətləri nəzərdən keçirərək, tranzit-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər. Həmçinin, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb edilməsi potensialı qeyd edilib.
İ.Kobaxidze həmçinin Türkmənistan qazının Gürcüstan ərazisindən tranzitinə töhfə verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Gürcüstanın Baş naziri S.Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.