Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) partiyalara seçkiqabağı təşviqatın aparılması qaydalarını əks etdirən sənəd göndərib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani bildirib.
"Bu gün seçkiqabağı təşviqat başlayıb və seçki qanunvericiliyində nəzərdə tutulmuş seçki kampaniyası çərçivəsində bir sıra normativ hüquqi aktlar nəzərdə tutulub ki, onlara əməl olunması seçki prosesinin demokratik keçirilməsində ən mühüm amildir”, - o, deyib.
Onun sözlərinə görə, sənəd seçkilərdə iştirak edən bütün subyektləri və partiyaları beynəlxalq səviyyədə tanınmış prinsiplər ətrafında birləşdirməlidir. Davranış Məcəlləsinin imzalanması partiyanın qeydiyyatı proseduru başa çatdıqdan sonra planlaşdırılır.