Gürcü müxalifəti: “Rəsmi Tbilisi Gürcüstanın gələcəyini Rusiyada görür, xalq isə bunu istəmir”

Gürcü müxalifəti: “Rəsmi Tbilisi Gürcüstanın gələcəyini Rusiyada görür, xalq isə bunu istəmir” “Hazırkı hakimiyyət Gürcüstanın gələcəyini Rusiyada görür. Gürcü xalqının böyük əksəriyyəti isə bunu istəmir. Cəmiyyət Qərb idarə sistemini dəstəkləyir”.
Region
22 Sentyabr , 2023 14:52
Gürcü müxalifəti: “Rəsmi Tbilisi Gürcüstanın gələcəyini Rusiyada görür, xalq isə bunu istəmir”
Saba Buadze

“Hazırkı hakimiyyət Gürcüstanın gələcəyini Rusiyada görür. Gürcü xalqının böyük əksəriyyəti isə bunu istəmir. Cəmiyyət Qərb idarə sistemini dəstəkləyir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Lelo Partiyasının funksioneri Saba Buadze sentyabrın 22-də gürcü müxalifətinin Tbilisidə keçirdiyi aksiyada səsləndirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstanda vəziyyət dəyişib: “Açıq-aşkar ruslar ölkəni öz tərəfinə çəkməyə çalışırlar”.

Müxalifət nümayəndəsi keçmiş baş prokuror Otar Partsxaladzenin səsləndirdiyi fikirlərə də toxunub. “Otar Partsxaladzeyə görə hakimiyyət Gürcüstanın bank sistemini məhv etdi. Hakimiyyət də hər vəchlə onu qorumaq istəyir. Çünki, Partsxaladze İvanaşvilinin yaxın adamlarındandır”.

Qeyd edək ki, Gürcüstanın kəşfiyyat məlumatlarını Rusiya tərəfinə ötürdüyü şübhələri səbəbindən ABŞ O.Partsxaladzeyə qarşı sanksiyalar tətbiq edib.

Son xəbərlər

Orphus sistemi