Gümrü bələdiyyəsinin əməkdaşları barəsində həbs qərarı çıxarılıb

Region
  • 08 dekabr, 2025
  • 12:58
Gümrü bələdiyyəsinin əməkdaşları barəsində həbs qərarı çıxarılıb

Gümri bələdiyyəsinin saxlanılan iki məmuruna qarşı həbs tədbirləri seçilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, bələdiyyə rəhbərinin müşaviri Karapet Qukasyan həbs edilib, kommunal şöbənin müdiri Artyom Mkrtçyan barəsində isə ev dustaqlığı qərarı çıxarılıb.

"Gümrüdə baş vermiş kütləvi iğtişaşlar faktı üzrə başladılmış cinayət işi çərçivəsində, saxlanılmış şəxslərin birinə qarşı həbs qəti-imkan tədbiri seçilib, digərinə isə ev dustaqlığı, girov qoyma, səlahiyyətlərin dayandırılması və ölkədən çıxmama haqqında intizam qərarı qoyulub", - İstintaq Komitəsi bəyan edib. Onları cümə günü həbs olunublar.

Qeyd edək ki, oktyabrın 21-i Gümrünün bələdiyyə başçısı Vardan Qukasyan iki ay müddətinə həbs edilib. Ona qarşı "rüşvət alma" maddəsi ilə ittiham elan olunub, lakin o günahkar olmadığını iddia edir. Müdafiə tərəfinin məlumatına görə, ittihamda yer alan bütün epizodlar Qukasyanın bələdiyyə başçısı olduğu 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.

Son xəbərlər

Bütün Xəbər Lenti