​Ermənistanın sabiq XİN rəhbəri yeni siyasi partiya yaradır

​Ermənistanın sabiq XİN rəhbəri yeni siyasi partiya yaradır Təsisçilər ölkənin xarici siyasətinə yenidən baxmağı zəruri hesab edirlər
Region
28 Aprel , 2016 01:12
​Ermənistanın sabiq XİN rəhbəri yeni siyasi partiya yaradır

Bakı. 28 aprel. REPORT.AZ/ Ermənistanın keçmiş xarici işlər naziri, hazırda parlamentin deputatı Vardan Oskanyan "Konsolidasiya" adlı yeni siyasi partiya yaradır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşəbbüs qrupu məlumat yayıb.

Hazırda yeni partiya yaradılmasının təşəbbüskarları təsis qurultayına hazırlaşırlar. Bəyanatda qeyd olunur ki, partiya ölkənin təhlükəsizliyin təmin edilməsi və ciddi daxili dəyişikliklər zərurəti qarşısında durduğu çətin bir dövrdə yaradılır.

"Biz sıradan deyil, daxili və xarici çağırışlara layiqli cavab verə biləcək əsas siyasi partiya olmaq niyyətindəyik", — deyə bəyanatda bildirilir.

Təsisçilər hesab edirlər ki, Ermənistan xarici aləm ilə yeni prinsipial münasibətlər qurmalı olduğu üçün, onun xarici siyasətinə yenidən baxmaq lazımdır.

Təşəbbüs qrupunun üzvləri arasında parlamentin bir neçə deputatı, politoloqlar, diplomatlar, sahibkarlar və ekspertlər var.

Vardan Oskanyan Ermənistanın XİN rəhbəri vəzifəsini 1998-2008-ci illərdə - Robert Köçəryanın prezidentliyi dövründə tutub.

Son xəbərlər

Orphus sistemi