Ermənistanın Rusiyaya xəyanəti - KTMT üzvü olan ölkə NATO-ya meyillənir - RƏY

Ermənistanın Rusiyaya xəyanəti - KTMT üzvü olan ölkə NATO-ya meyillənir - RƏY "İkiüzlülük Ermənistanın klassik üslubudur. Tarix boyu hələ dövlətçiliklərinin mövcud olmadığı zamanlarda belə bir-birinə tamamilə rəqib olan dövlətlərlə əməkdaşlıq edərək, mövcudluqlarını təmin etməyə çalışıblar. Həmin davranışlarını Azərbaycana münasibə
Region
2 Aprel , 2022 16:22
Ermənistanın Rusiyaya xəyanəti - KTMT üzvü olan ölkə NATO-ya meyillənir - RƏY

"İkiüzlülük Ermənistanın klassik üslubudur. Tarix boyu hələ dövlətçiliklərinin mövcud olmadığı zamanlarda belə bir-birinə tamamilə rəqib olan dövlətlərlə əməkdaşlıq edərək, mövcudluqlarını təmin etməyə çalışıblar. Həmin davranışlarını Azərbaycana münasibətdə də şahidi olmuşuq. Azərbaycan 200 il öncə öz torpaqlarında yer ayırmağa baxmayaraq zamanla Azərbaycan torpaqlarını ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib".

Bu fikirləri “Report”a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib

O bildirib ki, tarixi Azərbaycan torpaqlarında da bugünkü Ermənistan adlı dövlət mövcuddur:

"Eyni iddialar SSRİ süquta uğradığı ərəfədə Azərbaycan qarşı irəli sürüldü. Bu hadisələr hər kəsin gözü qarşısında baş verib. Ermənistanın ikiüzlü siyasətindən təəcüblənmək lazım deyil. Çünki bu erməni siyasətinə xarakteridir. İndiki şəraitdə də NATO ilə Rusiya arasında monipuyativ hərəkətlər etmək isə ümumiyyətlə nonsensdir. Çünki Ermənistan faktiki olaraq KTMT-də təmsil olunur. Bu təşkilatın üzvü olan bir dövlətin başqa bir hərbi siyasi bloka meyillənməsi tarix boyu rast gəlinməmiş yanaşmadır. Ermənistanın NATO-ya meyillənməsi həm KTMT-yə həm də orada dominant rol oynayan Rusiyaya xəyanət kimi dəyərləndirilməlidir".

Politoloq vurğulayıb ki, Ermənistanın Su-30 qırıcılarının Ukraynaya göndərməsi çox gülüncdür:

"Mahiyyət etibarı ilə bu da Emmənistanın ikibaşlı oyununu sübuta yetirir. Bir tərəfdən Rusiya ilə hərbi əməkdaşlığının yüksək səviyyədə olduğunu və onun atdığı addımlarda iştirak etdiyi ortaya qoymaq istəyir. Digər tərəfdən isə bunun belə olmadığını sübut etmək üçün NATO qarşısında özünü təmizə çıxarmağa çalışır. Ermənistan qırıcılarının Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi faktdır və həmin təyyarələrin hərəkəti üzrə müvafiq qaydada kosmik görüntülər əldə olunmaqla sübuta yetirilib. Bu faktın təsdiqini tapmasına baxmayaraq Ermənistan həmin qırıcıları əməliyyatlardan sonra öz ərazisinə gətirib, NATO attaşelərinə göstərir ki, bu qırıcılar hərbi əməliyyatlarda iştirak etməyib. Bir tərəfən Rusiya tərəfində olduğunu göstərmək istəyir, digər tərəfdən isə NATO qarşısında özünü təmizə çıxarır".

Son xəbərlər

Orphus sistemi