Ermənistanda koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb Ermənistanda son sutkada daha 486 nəfər COVID-19-a yoluxub.
Region
14 Mart , 2021 11:00
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb
0 : 00
0 : 00

Ermənistanda son sutkada daha 486 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 178 385-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 255-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 837 nəfərdir. İndiyədək 166 180 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 113 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi