Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb

Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb Ermənistanda saxta spirtli içkidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.
Region
443
2 Sentyabr , 2020 13:40
Ermənistanda saxta araqdan zəhərlənərək ölənlərin sayı 14-ə çatıb

Ermənistanda saxta spirtli içkidən zəhərlənənlərin sayı 27 nəfərə, ölənlərin sayı isə 14-ə çatıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 2-dək Armavir vilayətində 20 zəhərlənmə hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib: “7 zəhərlənmə və 5 ölüm hadisəsi isə Yerevanda baş verib”.

Saxta spirtli içki satmaqda şübhəli bilinən Armavir şəhər sakini, 1970-ci il təvəllüdlü Aşot Ovsepyan saxlanılıb. Onun yaşadığı mənzildən ev şəraitində hazırlanan və mənşəyi məlum olmayan 200 litr spirtli içki aşkarlanıb.

Xatırladaq ki, ötən gün saxta spirtli içkidən ölənlərin sayı 11 nəfər idi.

Orphus sistemi