Paşinyana alma atan 71 yaşlı ahılı xuliqan kimi cəzalandırmaq istəyirlər

Paşinyana alma atan 71 yaşlı ahılı xuliqan kimi cəzalandırmaq istəyirlər Ermənistanın 71 yaşlı sakini Albert Arstamyan baş nazir Nikol Paşinyana alma atdığına görə Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməli törətməkdə ittiham olunub.
Region
28 Avqust , 2024 03:43
Paşinyana alma atan 71 yaşlı ahılı xuliqan kimi cəzalandırmaq istəyirlər

Ermənistanın 71 yaşlı sakini Albert Arstamyan baş nazir Nikol Paşinyana alma atdığına görə Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməli törətməkdə ittiham olunub.

“Report” xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan bildirib.

Vəkil qeyd edib ki, Arstamyan almanı özü atdığını etiraf edib, lakin bu əməlin xuliqanlıq kimi təsnif edilməsi ilə razılaşmadığını bildirib. İstintaq əməliyyat-istintaq qrupu tərəfindən aparılır.

Cinayət Məcəlləsi ittiham olunan cinayət əməlinə görə aşağıdakı cəzaları nəzərdə tutur: maksimum 1 500 000 erməni dramı məbləğində cərimə və ya səksən saatdan yüz əlli saata qədər davam edən ictimai işlər; azadlığın 2 ildən çox olmayan müddətə məhdudlaşdırılması və ya bir aydan çox olmayan qısamüddətli həbs.

Son xəbərlər

Orphus sistemi