Ermənistanda müxalifət fraksiyası Paşinyana etimadsızlıq göstərəcək
Region
- 16 sentyabr, 2025
- 12:27
Ermənistanın müxalifəti təmsil edən "Şərəfim var" fraksiyası parlamentdə Baş nazir Nikol Paşinyana etimadsızlıq göstərməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilir ki, "Milli böhran və idarəetmədə uğursuzluqlarla əlaqədar Ermənistan Baş nazirinə etimadsızlıq göstərilməsi haqqında" bəyanatın mətnini fraksiya rəhbəri Hayk Mamicanyan sosial şəbəkələrdə paylaşıb.
Məlumatda milli birlik keçid hökumətinin formalaşdırılması təklif olunur.
"Ermənistanın gələcəyinə inanan bütün siyasi qüvvələri, vətəndaş cəmiyyətini və ayrı-ayrı vətəndaşları hazırda hakimiyyət dəyişikliyinin ən real üsulu olan baş nazirə etimadsızlıq ifadə etmə prosesi ətrafında birləşməyə çağırırıq", - bəyanatda bildirilir.
Son xəbərlər
16:53
Ötən il Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub
Hadisə16:52
Ötən il sərhəddə qeyri-qanuni miqrasiya ilə məşğul olan 12 mütəşəkkil dəstə zərərsizləşdirilib
Hadisə16:50
Ötən il dövlət sərhədində axtarışda olan 2922 nəfər saxlanılıb
Hadisə16:49
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
Biznes16:49
Foto
DSX-nin 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib
Daxili siyasət16:43
Cəbrayılda minaya düşərək xəsarət alan minaaxtaranın son durumu açıqlanıb - YENİLƏNİB
Daxili siyasət16:37
Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib
Region16:35
Foto
Azərbaycan və Koreya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Fərdi16:31