Ermənistanda iki nazir müavini istefaya göndərilib
Region
- 29 iyun, 2023
- 09:09
Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə fövqəladə hallar nazirinin iki müavini - Artyuş Qriqoryan və Ara Nazaryan vəzifələrindən azad ediliblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Baş katibi Lilit Mirzəxanyan da istefaya göndərilib.
Ermənistan prezidenti Vaaqn Xaçatryanın sərəncamı ilə fövqəladə hallar naziri Armen Pambuxçyan bu günlərdə istefaya göndərilmişdi.
Qeyd edək ki, hökumətin tərkibində struktur dəyişikliyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti iyunun 30-dan dayandırılacaq. Daxili İşlər Nazirliyinin tərkibində Fövqəladə Hallar, Polis, Miqrasiya xidməti və vətəndaşlıq idarələri fəaliyyət göstərəcək.
Son xəbərlər
19:07
Foto
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Daxili siyasət19:04
Foto
Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər
Sənaye18:48
Foto
Azərbaycanın minifutbol yığması "Millətlər Liqası" turnirinin qalibi olub
Futbol18:47
Foto
Şəkidə WUF13 Festivalı keçirilib
Daxili siyasət18:46
Almaniya ADB vasitəsilə təbii həllərin maliyyələşdirilməsinə 5,5 milyon avro ayırıb
Maliyyə18:41
Foto
Azərbaycanla Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə ilə bağlı müzakirələr aparıb
Hərbi18:32
Foto
Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb
Ekologiya18:27
Foto
Bakıda keçiriləcək Avropa Badminton Yarışlarının təşkili müzakirə edilib
Fərdi18:27