Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb

Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard ABŞ dolları ayırmağa qərar verib.
Region
10 Fevral , 2023 01:12
Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb

Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard ABŞ dolları ayırmağa qərar verib.

"Report"un xəbərinə görə, bu barədə maliyyə qurumunun məlumatında deyilir.

“Dünya Bankı bu gün Türkiyəyə ölkənin cənub-şərqində və onun ətrafında böyük insan tələfatı, xəsarət və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələlər və artçı zəlzələlərdən sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard dollar vəsait ayırdığını açıqlayır”, - Dünya Bankının açıqlamasında deyilir.

Dünya Bankı həmçinin fəlakət riskinin idarə edilməsində zəngin beynəlxalq təcrübəsinə əsaslanaraq, fəlakətin miqyasını müəyyən etmək və bərpa dəstəyi üçün sahələrə üstünlük vermək məqsədilə zərərin sürətli qiymətləndirilməsinə başlayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi