Dövlət Dumasının deputatı rusiyalıları müharibədən qayıdan keçmiş məhbuslardan qorumağa çağırış edib

Dövlət Dumasının deputatı rusiyalıları müharibədən qayıdan keçmiş məhbuslardan qorumağa çağırış edib Dövlət Dumasının Ailə Müdafiəsi Komitəsinin sədri Nina Ostanina hüquq-mühafizə orqanlarını rusiyalıları Ukraynadakı müharibədən qayıtdıqdan sonra yeni cinayətlər törədən keçmiş məhbuslardan müdafiə etməyə çağırıb.
Region
19 İyun , 2024 23:51
Dövlət Dumasının deputatı rusiyalıları müharibədən qayıdan keçmiş məhbuslardan qorumağa çağırış edib

Dövlət Dumasının Ailə Müdafiəsi Komitəsinin sədri Nina Ostanina hüquq-mühafizə orqanlarını rusiyalıları Ukraynadakı müharibədən qayıtdıqdan sonra yeni cinayətlər törədən keçmiş məhbuslardan müdafiə etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə deputat teleqramda bildirib.

Əvvəllər altı dəfə məhkum edilmiş müharibə iştirakçısının şübhəli bilindiyi 12 yaşlı qızın qətli haqqında xəbəri şərh edən Ostanina bu cür faciələrin gələcəkdə artacağını bildirib: “Belə faciələr getdikcə daha tez-tez baş verəcək. Cəbhədən qayıtmış bu insanlar sosiallaşmayıb və cəmiyyət üçün təhlükə yaradırlar”.

Deputatın sözlərinə görə, vətəndaşların “belə cinayətkarlardan” müdafiəsini tənzimləyən qanun layihəsi hazırlamaq lazımdır.

“Belə dəhşətlərin yenidən baş verməsinə imkan vermək olmaz. Uşaqlarımız təhlükəsiz həyata, amansız cinayətkarlardan qorunmağa layiqdirlər”, – parlamentari vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Kemerovo vilayətinin İstintaq Komitəsi 12 yaşlı uşağı öldürməkdə şübhəli bilinən müharibə iştirakçısına cinayət işi açıb.

Son xəbərlər

Orphus sistemi