Ermənistan İkinci Qarabağ müharibəsində hərbi cinayət olduğu ehtimal olunan əməllərin araşdırılmasında irəliləyiş əldə etməyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair
“Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması” ittihamı ilə 2020-ci ilin payızında intensiv döyüşlər zamanı ermənicə danışan cinayətkarların davranışlarını araşdırmaq üçün Ermənistan hakimiyyəti tərəfindən 2020-ci ildə başlanmış altı cinayət işi ilə bağlı heç bir yenilik yoxdur”, – xarici siyasət idarəsi vurğulayıb.
Hesabatda qeyd olunub ki, “ermənicə danışan cinayətkarların törətdiyi mümkün hərbi cinayətin təhqiqatında irəliləyişə nail olmayıb”.
Bildirilib ki, “altı işdən dördü qətl, işgəncə və qeyri-insani rəftarla; biri qətl və işgəncə ilə; biri isə ehtimal olunan qətllə bağlı olub”.
Hesabata görə, hökumət 2021-ci ildə bütün altı işi bir cinayət prosesində birləşdirsə də, təhqiqat hələ də davam edir.
Eyni zamanda, Dövlət Departamenti Ermənistanın paytaxtı İrəvandakı yeganə sinaqoqa iki vandalizm aktına da diqqət çəkib. Bildirilib ki, hökumət bu əməlləri “yanlış antisemitizm narrativləri yaratmağa və milli siyasəti sarsıtmağa çalışan xarici aktorların” ayağına yazıb: “Polis bu insidentlərlə bağlı araşdırmaları davam etdirib”.