Çavuşoğlu: "Müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var"

Çavuşoğlu: "Müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var" Avropada müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var.
Region
29 İyul , 2022 22:44
Çavuşoğlu: Müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var

Avropada müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransı zamanı deyib.

"Hər cür irqçiliyə və ayrı-seçkiliyə qarşı birlikdə mübarizə aparmalıyıq. Biz müsəlman icmasının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsini gözləyirik”, - türkiyəli nazir qeyd edib.

Son zamanlar Almaniyada PKK-nın fəaliyyətində artım olduğunu qeyd edən Çavuşoğlu alman həmkarına bunun müttəfiqlik ruhu ilə bir araya sığmadığını vurğulayıb.

"Türkiyə terror təşkilatları ilə mübarizədə konkret addımlar və aktiv əməkdaşlıq gözləyir", - Çavuşoğlu əlavə edib.

Son xəbərlər

Orphus sistemi