Azərbaycan səfirliyi Tbilisidə Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirib - YENİLƏNİB
- 08 noyabr, 2023
- 19:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Zəfər Günü münasibətilə bu gün səhər saatlarında başlayan məlumatlandırma aksiyası axşam saat 23:30-da başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, aksiya paytaxt sakinlərinin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.
Qeyd edək ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində “Xarıbülbül”ün, Şuşanın, Xankəndinin fotoları, eləcə də 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb. Avtomobil gün ərzində paytaxt Tbilisinin mərkəzi küçə və prospektlərindən keçib. Axşam saatlarında aksiya daha maraqlı olub. İnsanlar avtomobilin üzərindəki şəkilləri maraqla seyr ediblər.
Azərbaycanın qələbəsinə sevinən şəhər sakinləri xalqımızı təbrik ediblər.
12:38
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində "Xarıbülbül", Şuşa, Xankəndinin fotoları və digər məlumatları əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb.
Həmin avtomobil paytaxtın mərkəzi küçə və prospektlərindən hərəkət edir.
Azərbaycanın Zəfər Gününü özündə əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanır.
Aksiya günün sonunda başa çatacaq.