Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən sonra 35 milyard avro məbləğində yeni kredit alacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders bildirib.
Onun sözlərinə görə, bu kredit Rusiyanın aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. Bu şərtlər ayrıca bir memorandumda təsbit ediləcək.
"Bu makromaliyyə krediti Ukrayna tərəfindən Aİ ilə razılaşdırılmış və ayrıca anlaşma memorandumunda təsbit edilmiş öhdəliklərin əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərinin yerinə yetirilməsi əsasında veriləcək", - o bildirib.
D.Reynders, Avropa Parlamentini bu mexanizmi ən qısa müddətdə razılaşdırmağa çağırıb.