Avropa İttifaqı Şurasının Prezidenti Qırğızıstanda səfərdədir

Region
  • 02 iyun, 2023
  • 05:56
Avropa İttifaqı Şurasının Prezidenti Qırğızıstanda səfərdədir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qırğız Respublikasında səfərdədir.

“Report” xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Bu gün Çolpon-Atada Prezident Sadır Japarovun sədrliyi ilə “Avropa İttifaqı-Mərkəzi Asiya” 2-ci zirvə toplantısı keçiriləcək.

Toplantıda Ş.Mişellə yanaşı Qazaxıstan, Tacikistan və Özbəkistan rəhbərləri də iştirak edəcək.

44 - Tezliklə