Amerikalı analitikdən İsrail səfirinə dəstək: "Hər kəs Təbriz haqqında oxuyur"

Amerikalı analitikdən İsrail səfirinə dəstək: "Hər kəs Təbriz haqqında oxuyur" Məşhur amerikalı analitik, Corc Buş hakimiyyəti dövrünün yüksəkvəzifəli məmuru Maykl Doran İran səfiri Abbas Musəvi tərəfindən ölümlə təhdid olunan İsrailin Azərbaycandakı səfiri Corc Dikə dəstəyini ifadə edib.
Region
23 İyul , 2022 21:38
Amerikalı analitikdən İsrail səfirinə dəstək: Hər kəs Təbriz haqqında oxuyur

"Gör nə edibsən, Corc Dik! Hər kəs Təbriz haqqında oxuyur".

"Report" xəbər verir ki, bunları məşhur amerikalı analitik, Corc Buş hakimiyyəti dövrünün yüksəkvəzifəli məmuru Maykl Doran tviter hesabında yazıb.

Maykl Doran bununla İran səfiri Abbas Musəvi tərəfindən ölümlə təhdid olunan İsrailin Azərbaycandakı səfiri Corc Dikə dəstəyini ifadə edib.

Xatırladaq ki, iyulun 20-də İsrail səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib. C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan İranın Azərbaycandakı səfiri Abbas Musəvi həmkarını ölümlə təhdid edib.

Qeyd edək ki, Maykl Doran Hadson İnstitutunun baş elmi işçisidir.

O, ABŞ Milli Təhlükəsizlik Şurasında, həmçinin ABŞ Dövlət Departamentində baş məsləhətçi və Birləşmiş Ştatların müdafiə nazirinin köməkçisinin müavini olub.

M.Doran eyni zamanda Corc Buşun (kiçik) hakimiyyəti dövründə ABŞ Müdafiə Nazirliyində dövlət katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini işləyib.

M.Doran İsrailə verdiyi dəstəyi, eləcə də ABŞ, Türkiyə və Azərbaycan arasında əməkdaşlığının tərəfdarı olması ilə tanınır. O, Qarabağ müharibəsində Azərbaycanın mövqeyini dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi