Yelena Brızqalina: “Mən Azərbaycanın uğuru ilə fəxr etdim”

Yelena Brızqalina: “Mən Azərbaycanın uğuru ilə fəxr etdim” “Şuşada çox qısa müddətdə olduqca müsbət dəyişikliklər baş verdi ki, bu da Azərbaycanda qürur doğurur”.
Qarabağ
14 Noyabr , 2021 22:46
Yelena Brızqalina: “Mən Azərbaycanın uğuru ilə fəxr etdim”

“Şuşada çox qısa müddətdə olduqca müsbət dəyişikliklər baş verdi ki, bu da Azərbaycanda qürur doğurur”.

Bunu "Report"a Moskva Dövlət Universitetinin Fəlsəfə kafedrasının rəhbəri, fəlsəfə elmləri namizədi Yelena Brızqalina bildirib.

"Bilirsiniz, mən şoka düşdüm. Şuşada sözün əsl mənasında gözlərim doldu, gördüklərim humanitar fəlakət idi. Mən təhsil problemləri ilə, dəyərlər problemləri ilə məşğulam. Dəyərlər insan üçün ən vacib şeydir. İnsanları xalqa birləşdirən adət-ənənələr, tarix, din, əcdadların məzarları kimi dəyərlərə nə qədər zərbə vurduqlarını gördüm”, - Brızqalina etiraf edib.

O, Şuşada nəinki infrastrukturun bərpa olunduğunu və yenidən yaradıldığını, həm də Azərbaycan rəhbərliyinin şəhərin mədəni “ürəyi”nin, yəni abidələrin, muzeylərin, məbədlərin bərpasına böyük diqqət yetirdiyinə də diqqət çəkib.

"Xalqın yaddaşı təkcə maddi abidələr deyil, o, həm də onun tarixinə, həqiqətinə, ədalətin mühüm rol oynadığı dəyərlərə diqqətdir", - Brızqalina deyib. Yelena Brızqalina Azərbaycanın qarşısına ərazilərin qısa müddətdə bərpası və inteqrasiyası üçün qarşısına məqsəd qoyduğunu vurğulayıb.

"Şuşa, şübhəsiz ki, əvvəllər olduğu kimi, Qafqazın mədəniyyət mərkəzidir. O, həm də əla turizm mərkəzidir. Təhsil mədəniyyətin bir hissəsi olduğundan, təhsilsiz mədəniyyətin inkişafı mümkün deyil. Azərbaycanda Azərbaycan dilində və başqa dillərdə təhsilə böyük diqqət və qayğı göstərilir”, - Yelena Brızqalina vurğulayıb.

Son xəbərlər

Orphus sistemi